Modern.az

Deputat: “Soyqırımı gününü qeyd ediriksə, soyqırımı muzeyi də yaradılmalıdır”  

Deputat: “Soyqırımı gününü qeyd ediriksə, soyqırımı muzeyi də yaradılmalıdır”    

9 Yanvar 2018, 15:20

"Ulu öndər Heydər Əliyevin 1998-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı verdiyi fərmanda Bakı şəhərində soyqırımı abidəsinin və soyqırımı muzeyinin yaradılması ilə bağlı bənd vardı. Ancaq bu günə kimi o bəndin icrası yerinə yetirilməyib.  Güman edirəm ki, bu istiqamətdə işlər görülür”.

Bu sözləri Modern.az-a Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, azərbaycanlıların soyqırımı gününü qeyd ediriksə, soyqırımı muzeyi də yaradılmalıdır.

“Bu çox vacib məsələdir. Hesab edirəm ki, ölkə rəhbərliyi bu məsələni diqqətində saxlayır. Yəqin ki, bu istiqamətdə nələrsə olacaq.  Mənim  belə bir təklifim vardı ki, soyqırımı abidəsi və soyqırımı muzeyi vaxtilə azərbaycanlılara qarşı çox ögey münasibətdə olan Kirov heykəlinin yerində yaradılmalıdır. Ona görə ki, orada bir tərəfdə Şəhidlər Xiyabanı, digər tərəfdə isə Türk Şəhidliyidir. Digər bir tərəfdə də soyqırımı abidəsi və soyqırımı muzeyi olar.  Azərbaycana gələn istənilən xarici nümayəndə əgər Şəhidlər Xiyabanını ziyarət edəcəksə, istər-istəməz soyqırımı muzeyini də ziyarət etməlidir”.


E.Məmmədov bu il soyqırımının 100 illiyi ilə bağlı müxtəlif səpkili işlərin görüləcəyini qeyd edib.


“Hər il dövlət orqanları, QHT-lər, mətbuat, xaricdəki səfirliklərimiz, konsulluqlarımız, diaspor nümayəndələrimiz soyqırımına dair həm ölkə daxilində, həm də xaricində müxtəlif tədbirlər həyata keçirirlər.  Hesab edirəm ki, bu il də belə tədbirlərin sayı və keyfiyyəti artacaq. Bakı şəhərində soyqırımı muzeyi yaradılmalıdır. Bu abidə təkcə Bakıda olmamalıdır. Soyqırımı özündə əks etdirən abidələr ölkəmizin hər yerində olmalıdır. Hesab edirəm ki, soyqırım muzeyi və abidəsinin yaradılması nəzərdə tutulub. Əminəm ki, bu, olacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu