Modern.az

Azərbaycan deputatları çeçen əsilli 102 yaşlı qadına baş çəkidilər

Azərbaycan deputatları çeçen əsilli 102 yaşlı qadına baş çəkidilər

9 Yanvar 2018, 18:33

Azərbaycan deputatları çeçen əsilli 102 yaşlı qadına baş çəkiblər.

 

Modern.az-ın məlumatına görə, bu gün millət vəkilləri Aydın Mirzəzadə, Flora Qasımova, Hikmət Məmmədov, eləcə də YAP Qadınlar Şurasının fəalı, Yasamal rayon 52 saylı məktəbin direktoru Elmira Ələsgərova həmin qadının yerləşdiyi sosial sığınacağa gələrək ona baş çəkiblər.

 

Deputatlar yaşlı qadının vəziyyəti ilə maraqlanıblar.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Dağıstan Respublikasından olan çeçen əsilli 102 yaşlı Mədinə Əliyev adlı qadının Azərbaycanın Goranboy rayonunda tapılması ilə bağlı məlumat yayılmışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu