Modern.az

Xırdalan sakini 24 yaşlı həyat yoldaşını qətlə yetirib

Xırdalan sakini 24 yaşlı həyat yoldaşını qətlə yetirib

9 Yanvar 2018, 18:48

Xırdalan şəhərində qətl hadisəsi baş verib. Hadisə 20 Yanvar küçəsində qeydə alınıb.

Modern.az Report-a isitnadən xəbər verir ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, ər saxlanılıb.

 

O, ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etməsi və qətli də məhz qısqanclıq zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu