Modern.az

Azərbaycanda qaçqın statusu alanların sayı AZALIB - cəmi 8 nəfər...

Azərbaycanda qaçqın statusu alanların sayı AZALIB - cəmi 8 nəfər...

11 Yanvar 2018, 12:37

2017-ci il ərzində Azərbaycanda 8 nəfər əcnəbiyə qaçqın status verilib.

Bu məlumatı Dövlət Miqrasiya Xidəti yanında İctima Şuranın sədri Azər Allahverənov Modern.az-a  açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, qaçqın statusu alan 8 nəfər əcnəbidən  7-si İran və Əfqanıstandan gəlib.

 

Qeyd edək ki, 2016-cı ildə 73 nəfər əcnəbi qaçqın statusu alıb ki, bu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqındakı hesabatda öz əksini tapıb. 

Hesabatda bildirilib ki, ötən il qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi