“Gələn il Qarabağ cəbhəsində genişmiqyaslı müharibə gözlənilmir” . Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Noravank” elmi-tədqiqat fondunun rəhbəri Qaqik Arutunyan deyib.
Ekspertin fikrincə, cəbhədə 2016-cı ilin aprelində baş verən hadisələrin təkrarlanması da inandırıcı deyil. Bununla belə, Arutunyan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin olacağına inanmır.