Modern.az

Əhməd Ağaoğlunun nəvəsi dəfn edildi - Foto

Əhməd Ağaoğlunun nəvəsi dəfn edildi - Foto

Aktual

11 Yanvar 2018, 21:03

İstanbul şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli dövlət və siyasi xadimi Əhməd Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlunun dəfn mərasimi keçirilib. Modern.az Kult.az-a istinadən xəbər verir ki, dəfn mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, QHT və KİV təmsilçiləri, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Türkiyədə yaşayan qohumları və mərhuma yaxın olan digər şəxslər iştirak ediblər.

 

Mərhumun cənazəsi Fəriköy məzarlığında dəfn olunub.

 

 

Qeyd edək ki, böyük fikir və düşüncə adamı olan Tektaş Ağaoğlu Türkiyədə yazıçı-publisist və tərcüməçi kimi tanınıb.

Mərhumun oğlu Əhməd Ağaoğlu dəfində iştirak edən hər kəsə minnətdarlığını ifadə edərək bildirib ki, göstərilən bu isti münasibət Azərbaycan Xalq Cümhuriyyəti qurucularının şəcərəsinə olan ehtiramdır.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu