Modern.az

Odun sobası partladı: 8 ölü, 50 yaralı

Odun sobası partladı: 8 ölü, 50 yaralı

14 Yanvar 2018, 13:40

Portuqaliyanın Tondela şəhərində iki mərtəbəli yaşayış binasındakı odun sobası partlaması nəticəsində yanğın hadisəsi baş verib.

 

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın qısa müddət ərzində bütün binaya yayılıb. Hadisə zamanı ən az 8 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb.

 

Rəsmilər mənzildə oyun turniri təşkil olunduğu üçün çoxsaylı insanın olduğunu açıqlayıb.Yaralıların bəzilərinin vəziyyəti isə ağır olaraq qalır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi