Modern.az

Mirşahin bu jurnalistlərlə yeni telekanal açır: Ləman Ələşrəfqızı, Azadə Balayeva, Afət Telmanqızı...

Mirşahin bu jurnalistlərlə yeni telekanal açır: Ləman Ələşrəfqızı, Azadə Balayeva, Afət Telmanqızı...

Aktual

15 Yanvar 2018, 09:50

İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır.

 

“Qafqazinfo”ya daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.

 

Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.

Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

 

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

 

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi