Modern.az

Bərdədə ev yandı, 6 yaşlı qızın cəsədi tapıldı  

Bərdədə ev yandı, 6 yaşlı qızın cəsədi tapıldı   

Aktual

15 Yanvar 2018, 11:15

Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi