Azərbaycanın xalq artisti reanimasiyaya yerləşdirilib
Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.
Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı “Facebook” sosial şəbəkəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov yazıb.
O qeyd edib ki, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, xalq artistinin bundan əvvəl də - ötən ilin iyulunda vəziyyəti qəfil pisləşmişdi.
Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.