Modern.az

“Sinema Güzeli” layihəsinin Azərbaycan seçimi başa çatdı – Qaliblərin adları

“Sinema Güzeli” layihəsinin Azərbaycan seçimi başa çatdı – Qaliblərin adları

Aktual

22 Yanvar 2018, 15:19

Türkiyənin məşhur  “Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması” layihəsinin  Azərbaycan seçimi başa çatıb.

 

Modern.az xəbər verir ki, “Sinemanın  Kral və Kraliçası: 2-ci Sinema Güzeli Yarışması” layihəsində paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib. 

 

3 saat davam edən yarışmada gənclərin səhnə mədəniyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Nəhayət sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanıblar.

 

Qalib 24 yaşlı Səhər Əkbər "Lider" televiziyasında 5 ildir aparıcılıq edir, modeldir.

 

Digər qalib 24 yaşlı Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir. Digər ikinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əkbər və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə onların yerinə göndəriləcək. Yarışmada bir istisna hal da olub. Belə ki, bir nəfər xanım-Pərvin Həsənzadə Kiprdə keçiriləcək  "Miss Fashion" gözəllik yarışmasında iştirak etmək üçün seçilib.  

 

Layihənin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızının sözlərinə görə, finala vəsiqə qazanan  Səhər Əkbər və Pərviz Musayev birbaşa İstanbulda keçiriləcək  son final yarışmasına qatılacaqlar.

İlk olaraq Türkiyə,  bəzi Avropa ölkələri və Azərbaycandan seçilən 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək.

 

Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək. Sonda bu ilin mart ayının 27-də keçiriləcək final gecəsində 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası seçiləcəklər.

Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Bakı yarışmasında

 

13 nəfərdən  ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles və digərləri daxil idi, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova və yarışmanın Azərbaycan təmsilçisi Vüsalə Səid Eyyubqızı.

 

“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs”  jurnallarının həyata keçirdikləri “Sinema Güzeli” yarışı ilə “Yeşilçam”ın  bir çox  istedadlı gəncləri  məşhur aktyor və aktrisalar  kimi tarixə düşüblər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” oldu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI