Modern.az

İsa Qəmbər müalicəsinə xaricdə davam edəcək? -  Aida Qəmbər CAVAB VERDİ  

İsa Qəmbər müalicəsinə xaricdə davam edəcək? -  Aida Qəmbər CAVAB VERDİ   

22 Yanvar 2018, 17:03

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin evə buraxıldığı barəsində məlumat vermişdik.

İsa Qəmbərin son durumu ilə bağlı Modern.az-a onun həyat yoldaşı  Aida Qəmbər danışıb.

Aida Qəmbərin sözlərinə görə, İsa Qəmbərin hazırda vəziyyəti yaxşıdır


“İsa bəyin səhhəti ilə bağlı həkimi təxminən bir həftə ərzində adaptasiya dövrü keçməli olduğunu deyib. Səhhətində hər hansı ciddi bir problem yoxdur”.


Bir müddət öncə İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər onu müalicə üçün bu ölkəyə dəvət etmişdi. Bəs dəvətə cavab verilibmi? Aida Qəmbərin suala cavabı belə oldu: 

“İsa Qəmbərin hər hansı xarici ölkədə müalicə almasına ehtiyac yoxdur. Həkimlər nə etmək lazımdırsa ,hamısını ediblər. Ol bilsin ki, Rövşən bəy İsa Qəmbərlə əlaqə saxlayıb danışıb. Təəssüf ki, son günlərdə mənim başım qarışıq olub, telefonlara cavab verməmişəm. İnşallah, tezliklə o, öz işinin başında olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır