Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olmuş yeni “Ələt iqtisadi zonası haqqında” qanun layihəsində qeyd edilib.
Yeni qanun layihəsinin 6-cı maddəsində (Azad Zona səlahiyyətli qurumunun hüquqları və vəzifələri) bildirilir ki, Azad Zona səlahiyyətli qurumunun aşağıdakı hüquqları var:
- Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul etmək və dəyişikliklər etmək;
- Azad Zonanın beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq;
- Hüquq və vəzifələri üçüncü şəxslərə ötürmək;
- Sahib olduğu səhmləri (payları) satmaq və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam vermək;
- Müvafiq məsləhətçini, o cümlədən üçüncü tərəf məsləhətçisini və ya podraçını cəlb etmək;
- Azad Zona fəaliyyəti ilə bağlı kömək və əməkdaşlıq üçün əsas iqtisadiyyat orqanına müraciət etmək;
- Azad Zona səlahiyyətli qurumu və Azad Zona inzibati müəssisələri tərəfindən göstərilən xidmətlər üçün ödənişləri və digər maliyyə ödənişlərini müəyyənləşdirmək və toplamaq;
- Mənşə sertifikatlarını vermək;
- Azad Zona qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərini, o cümlədən cərimələrini tətbiq etmək və toplamaq;
- Öz büdcəsini və Azad Zona inzibati müəssisələrinin büdcəsini müəyyənləşdirmək və təsdiq etmək;
- Dövlət maliyyələşməsi üçün müraciət etmək və banklardan, maliyyə institutlarından və digər qurumlardan maliyyə vəsaitləri almaq;
- İstənilən maliyyə vəsaitlərini cəlb etmək məqsədi ilə əmlak və aktivlər üzərində ipoteka və ba yüklülük yaratmaq;
- Bank hesabları açmaq;
- İstənilən işgüzar fəaliyyətlə məşğul olmaq;
- Azad Zonaya investisiyaların cəlb edilməsi üçün biznes təşviqlərini təmin etmək;
- Üçüncü tərəf podraçılar və ya xidmət təchizatçıları ilə müqavilələr bağlamaq;
- Öz vəzifələrini yerinə yetirmək üçün digər hüquqları həyata keçirmək.