Ermənistan Yerevanda yerləşən və İrəvan xanlığı dövründə inşa olunmuş Göy məscidi YUNESKO-nun maddi irs siyahısına salmaq istəyir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İranın mədəni irs və turizm idarəsinin sədr müavini Məhəmməd Həsən Tələbiani məscidin bu siyahıya düşməsi üçün təmir işlərinin görüləcəyini vurğulayıb.
O, təmir-tikinti işlərinin İranın Yerevandakı səfirliyi tərəfindən gerçəkləşəcəyini də xatırladıb.