Modern.az

Maliyyə Nazirliyinin Apellyasiya Şurasına edilən şikayətlərin sayı AÇIQLANDI

Maliyyə Nazirliyinin Apellyasiya Şurasına edilən şikayətlərin sayı AÇIQLANDI

Aktual

24 Yanvar 2018, 15:45

2017-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasına  9  müraciət daxil olub.

 

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, müraciətlərin 6-sı “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tənzimləmə predmetinə aid olmayıb:

“Eyni zamanda, adıçəkilən əsasnamənin şikayətlərə dair tələblərinə cavab verməyib. Bununla bağlı müraciət edən şəxslərə müvafiq qaydada yazılı cavab verilib”.


M.Ağayev qeyd edib ki, ötən il Şuraya daxil olmuş müraciətlərdən 1-i ərizəçi tərəfindən geri götürülüb:

“Digər bir ərizəçi tələbi barədə Apellyasiya Şurası ilə yanaşı, məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi üçün həmin şikayət üzrə Şurada başlanılmış icraata xitam verilib. Həmçinin, bir müraciətə Maliyyə Nazirliyinin Apellyasiya Şurasının iclasında baxılaraq ərizəçinin şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul olunub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI