Modern.az

Azərbaycanın Müdafiə Nazirliyi: “Ermənilər o dərəcədə qorxurlar ki...”  

Azərbaycanın Müdafiə Nazirliyi: “Ermənilər o dərəcədə qorxurlar ki...”   

25 Yanvar 2018, 11:27

Ermənistan tərəfi Azərbaycan Ordusunun guya, cəbhənin Xocavənd rayonu istiqamətində hücum etdiyi və sonra geri çəkildiyi barədə məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı düşmənin növbəti dezinformasiyası adlandırıb.

Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada deyilir:

“Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar.

Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI