Modern.az

Niderland jurnalislərinə Azərbaycanla bağlı ətraflı məlumat verilib  

Niderland jurnalislərinə Azərbaycanla bağlı ətraflı məlumat verilib   

26 Yanvar 2018, 12:36

Bu günlərdə Niderlandda yerləşən “Konnekt” təşkilatının rəhbəri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov Niderland Jurnalistlər Birliyinin tədbirində iştirak edib.
Bu barədə Modern.az-a məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

“Vüqar Abbasov illərdir ki, Niderland mediasında Azərbaycanla bağlı təbliğat aparır. Ölkə həqiqətləri ilə bağlı onun yerli mətbuatda məqalələri çap edilir. Özü Niderlan Jurnalistlər Birliyinin fəal üzvüdür. Bu günlərdə Niderland Jurnalist Birliyinin tədbirində iştirak edib. Tədbirdə Vüqar Abbasov Niderlandın tanınmış jurnalistlərinə və ictimai xadimlərinə Azərbaycan haqqında ətraflı məlumat verib. Həmyerlimiz Onfile Jurnalistlər Birliyinin sədri Milena Muldersla ayrıca görüşüb. Xanım Milena ilə Niderland-Azərbaycan arasında media sahəsində hansı işlərin görülməsi ilə bağlı söhbət edib”,-deyə E.Eltürk əlavə edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI