Yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, K.Heydərov sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edək ki, ərazidə apaşdırma aparan mütəxəssislər Bayıl dağ yamacının altında iki yeraltı çayın axırdığını müəyyən ediblər. Bildirilir ki. bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcədə yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.
Rəsmi məlumata görə, Nazirlər Kabineti tərəfindən ərazi ilə bağlı müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.