Modern.az

Goranboydan Tovuza toya gedən mikroavtobus aşdı - 3 yaralı

Goranboydan Tovuza toya gedən mikroavtobus aşdı - 3 yaralı

27 Yanvar 2018, 17:02

Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.

 

Trend-in məlumatına görə, Goranboy rayonundan gələn Ford markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

 

Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI