Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci il yaz sessiyasının işlər planı açıqlanıb. Modern.az-ın məlumatına görə, komitə tərəfindən yaz sessiyasında “Kinematoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələrinin hazırlanması planlaşdırılır.