Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.
M.Ağayev deyib ki, buna səbəb ərazidə yol-nəqliyyat hadisəsinin qeydə alınmasıdır:
“Heydər Əliyev prospektində 4 nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Nəticədə hər iki istəqamətində sıxlıq yaranıb”.