Modern.az

  Türkiyəli millət vəkilindən “Zeytun budağı” AÇIQLAMASI

   Türkiyəli millət vəkilindən “Zeytun budağı” AÇIQLAMASI

29 Yanvar 2018, 12:47

Türkiyə Böyük Millət Məclisinin (TBMM)  Sağlamlıq, Ailə, Əmək və İctimai işlər komitəsinin sədri, Ədalət Necdət Ünüvar, hakim Ədalət və İnkişaf Partiyanın (AKP)  ölkəyə xidmət etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, Ünüvar AKP-nin 17 ildə bir çox təhlükələri sovuşduraraq bu günlərə gəldiyini deyib. Hər konqresin bir yenilənmə və görüşmə olduğunu vurğulayan Ünüvar, sözlərinə belə davam edib.

 

Ünüvar, siyasi həyatı boyunca 10-dan çox seçkidə iştirak etdiyini və hər seçkidə qadınların fədakarlıq içərisindəki səylərinə şahid olduğunu ifadə edib:

 

Millət vəkili deyib ki, AKP-nin xidmətlərinə nəzər saldıqda, həmişə anaların, qadınların həyatını asanlaşdırmaq istiqamətində işlər görüldüyü göz önünə gəlir.  

 

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı “Zeytun Budağı” əməliyyatına da toxunan Necdət Ünüvar, sərhədlərdəki igidlərin bu vətənin, bu millətin davamlılığı üçün mübarizə apardığını deyib.

 

Deputat həmçinin, 2019-ci ildə keçiriləcək seçkilərin Türkiyə üçün çox əhəmiyyətli olduğunu da vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?