Modern.az

Aşıq sənətinin qorunması ilə bağlı yeni sənəd HAZIRLANIB

Aşıq sənətinin qorunması ilə bağlı yeni sənəd HAZIRLANIB

29 Yanvar 2018, 13:25

Azərbaycanda “Aşıq sənətinin qorunması haqqında” qanun layihəsi hazırlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin bugün keçirilən iclasında komitə sədri Rəfael Hüseynov məlumat verib.

 

O bildirib ki, hazırda yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirə olunur:

 

“Bu layihə müzakirələrdən sonra plenar iclasa tövsiyə olunacaq. Bu qanun layihəsi qəbul edildikdən sonra “Aşıq sənətinin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI