Modern.az

Dini etiqad azadlığını pozan 162 nəfər müəyyənləşdirilib  

Dini etiqad azadlığını pozan 162 nəfər müəyyənləşdirilib   

29 Yanvar 2018, 14:11

“2017-ci ildə dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib".

Modern.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən seminar-müşavirədə Daxili İşlər Nazirliyinin (DİN) Baş ictimai təhlükəsizlik idarəsinin məsul nümayəndəsi, polis polkovniki Oktay Tağıyev açıqlayıb.

DİN rəsmisi bildirib ki, həmin şəxslərdən 2 nəfər cinayət məsuliyyətinə cəlb olunub: “42 nəfər müvafiq məsuliyyətə cəlb olunub, 1 nəfər barəsində araşdırma aparılması üçün prokurorluq orqanlarına təhvil verilib. Həmin şəxslərdən 3 ədəd tüfəng, 585 ədəd zərərli dini ədəbiyyat götürülüb. Görülmüş tədbirlər nəticəsində məsuliyyətə cəlb olunmuş şəxslərdən 2 nəfər inzibati həbs olunub, 52 nəfər 86 min manat məbləğində cərimələnib, 73 nəfərə xəbərdarlıq edilib. 4 nəfər azyaşlı barədə materiallar yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib".

O.Tağıyev qeyd edib ki, 2017-ci ildə Azərbaycanda yaşamaq hüququ verən sənədləri olmadan ölkədə yaşayan 144 əcnəbi müəyyən edilib: “17 nəfər ölkə hüdudlarından kənara çıxarılıb, 127 nəfər müvafiq tədbirlər görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə göndərilib”.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI