Modern.az

Yeni mənzillərin açarları sabah jurnalistlərə təqdim olunacaq

Yeni mənzillərin açarları sabah jurnalistlərə təqdim olunacaq

29 Yanvar 2018, 15:46

Sabah jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının təqdimetmə mərasimi keçiriləcək. 

 

Modern.az-ın movqe.az-a istinadən məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edəcək.

 

Jurnalistlərə mənzillərin açarları sabah saat 11: 00-da Beynəlxalq Mətbuat Mərkəzində təqdim ediləcək.  

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli ötən həftə mətbuata verdiyi açıqlamasında binanın istismara tam hazır olduğunu, sənədləşmə işlərinin başa çatdığını bildirmişdi. 

 

Xatırladaq ki, jurnalistlər üçün tikilən ikinci yaşayış binasının açılışı iyulun 20-də - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Bibiheybət qəsəbəsində  inşa edilən və tam istismara hazır olan binada 255 mənzil var. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI