Modern.az

Xameneyinin baş müşaviri ABŞ-ın Suriyanı bölmək planı haqda

Xameneyinin baş müşaviri ABŞ-ın Suriyanı bölmək planı haqda

29 Yanvar 2018, 18:08

ABŞ Suriyanı Fərat çayının şərqindən bölmək istəyir.

Modern.az-ın məlumatına görə, bunu İranın ali lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti BMT-nin İraqdakı təmsilçisi Yan Kubişlə görüşündən sonra mətbuat konfransında deyib.

Ə.Ə.Vilayəti qeyd edib ki, Vaşinqton nəzarətindəki terrorçu qruplarla birgə Fəratın şərqində dövlət qurmaq üçün hərəkata keçib: "Lakin ABŞ və müttəfiqləri bölgədə əvvəlki qədər güclü deyil. Region xalqları Pentaqonun planlarının həyata keçməsinə imkan verməyəcək".

Tehranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini deyən baş müşavir ABŞ-n ssenarilərinin bitmədiyini vurğulayıb və İsraillə Səudiyyə Ərəbistanının da "parçalanmış Suriya" layihəsini dəstəklədiyini ifadə edib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi