Ukraynada azərbaycanlı iş adamının qaçırılmasında şübhəli bilinən şəxslər saxlanılıb. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, saxlanılanlar iki nəfər olub.
Kiyev Prokurorluğunun məlumatına görə, iş adamı 2017-ci il dekabrın 11-də yaşadığı evin həyətindən oğurlanaraq Kiyevo-Svyatoşinsk rayonunun qəsəbəsinə aparılı: "İki saylı Kiyev Yerli Prokurorluğunun vəsatətinə əsasən, 50 yaşlı Azərbaycan əsilli şəxsə və onunla əlbir olan 52 yaşlı şəxsə cinayəti törətməkdə şübhəli olduqları barədə məlumat verilib. Kiyevin Darnitsk Rayon Məhkəməsi onlar barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib”.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları cinayətdə əli ola biləcək digər şəxslərin saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirirlər.