Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.
Məlumata görə, axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib: “Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”.
Qeyd edək ki, "Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.