Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 29-dan 30-dak gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Həmçinin, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.