Modern.az

Gürcüstanda bir ailənin 8 övladı cəmiyyətdən təcrid olunmuş şəraitdə yaşayır

Gürcüstanda bir ailənin 8 övladı cəmiyyətdən təcrid olunmuş şəraitdə yaşayır

Aktual

30 Yanvar 2018, 09:19

Gürcüstanın Lentexski rayonunda ailə başçısı 8 övladını cəmiyyətdən təcrid edib. Uşaqlar məktəbə belə getmirlər.

 

AZƏRTAC xəbər verir ki, uşaqlardan böyüyünün 21 (qız uşağı) kiçiyinin isə 7 yaşı var (oğlan uşağı).

 

Lentexski rayonunun Tsmeruli kəndində yaşayan Amiran Devnozaşvilinin uşaqları məktəbə getmir və kənar şəxslərlə ünsiyyət qura bilmirlər. Yalnız ailənin iki uşağı şəkərli diabetdən əziyyət çəkdiyi üçün zəruri hallarda həkimə gedir.

 

Ailə əvvəllər Rustavidə yaşayıb və həmin dövrdə də ata övladlarına ətrafdakı insanlarla ünsiyyət qurmağı qadağan edib. O, bunu övladlarını mənfi xarici təzahürlərdən qorumaq üçün etdiyini bildirib.

 

Məktəbdə oxumağı artıq xərc hesab edən A. Devnozaşvili deyib: “Mən uşaqlarımı məktəbdən də yaxşı tərbiyə edirəm. Məktəbdə təhsil almağa lüzum yoxdur”.

 

Kənd əhalisi, məktəb direktoru və kilsə xidmətçisi uşaqların azadlığa çıxması üçün dəfələrlə atanı dilə tutmağa, ona təsir göstərməyə çalışıblar. Amma hər dəfə bu danışıqlar nəticəsiz başa çatıb.

 

Gürcüstan qanunlarına görə, azadlığın məhdudlaşdırılması və uşaqların təhsildən yayındırılması yolverilməzdir.

 

Kənd sakinlərinin sözlərinə görə, bu günədək nə polis, nə də sosial xidmət əməkdaşları məsələ ilə maraqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi