Modern.az

“Koza Nostra”nın 40-a yaxın üzvü tutuldu

“Koza Nostra”nın 40-a yaxın üzvü tutuldu

Aktual

30 Yanvar 2018, 18:47

İtaliyanın Siciliya vilayətində polisin keçirdiyi müxtəlif əməliyyatlar nəticəsində 40-a yaxın mafiya üzvü saxlanılıb.

Modern.az-ın məlumatına görə, Kataniya şəhərində “Koza Nostra” mafiyasına qarşı keçirilən əməliyyatda Santanceli klanına mənsub 33 nəfər saxlanılıb.

 

Həmin şəxslər müxtəlif cinayət əməllərində, o cümlədən ekskavatorla bankomat oğurlamaqda şübhəli bilinir.

Bundan başqa, Siciliyanın Bageriya şəhərində mafiya ilə əlaqələr yaratmaqda ittiham olunan 6 nəfər saxlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi