Modern.az

Zibil qutusunu Azərbaycan bayrağının rəngi ilə bəzəyən Rusiya şirkəti məhkəməyə verilir - FOTO

Zibil qutusunu Azərbaycan bayrağının rəngi ilə bəzəyən Rusiya şirkəti məhkəməyə verilir - FOTO

30 Yanvar 2018, 20:02

“Moskvada “Mega” Ticarət Mərkəzində Azərbaycan bayrağı rəngində hazırlanan zibil qutuları hələ də yığışdırılmayıb. Bununla bağlı Ticarət Mərkəzinin rəhbərliyinə rəsmi müraciət etdik. Müraciətdə bildirdik ki, qısa müddətdə bu hal aradan qaldırılmasa məhkəməyə müraciət edəcəyik”. Bunu Modern.az-a hazırda Rusiyada olan Daşqın Rəcəbli bildirib.

 

Daşqın Rəcəblinin sözlərinə görə, Ticarət Mərkəzinin girişinə bu şəkildə zibil qutularının qoyulması təsadüf ola bilməz: “Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir. Bu yəqin ki, ermənilərin növbəti təxribatıdır. Əgər yaxın zamanlarda bu hal aradan qaldırılmasa, məhkəməyə müraciət edəcəyik”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi