Modern.az

Müştəriyə hind toyuğu əvəzinə broyler toyuğu satdılar - Video

Müştəriyə hind toyuğu əvəzinə broyler toyuğu satdılar - Video

Aktual

31 Yanvar 2018, 00:51

Biləsuvar rayonunda yol kənarlarında quş əti satanlar alıcıları aldadır. Bunu iddia edən Cəlilabad sakini İlkin Nurullayev həmin yerdən hind toyuğunun ətini alıb. Evə aparanda isə məlum olub ki, aldığı broyler toyuğunun ətidir. Satıcı fırıldaqlığını əvvəl boynuna almasa da sonradan hər şey üzə çıxıb.

Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, quşun formasının böyük olduğu üçün İlkin alıcının sözlərinə inanıb və birinə 30 manat olmaqla ümumilikdə 60 manat pul ödəyib.

Lakin evə gəldikdə  o, ətin son dərəcə möhkəm olmasından şübhələnib və diqqət yetirdikdə məlum olub ki, ona hindtoyuğu əti adı altında əslində broyler toyuğu satıblar. İlkin deyir ki, hind toyuğu bir çox xüsusiyyəti ilə toyuqdan fəqlənir. Ayaq nahiyyəsi nisbətən uzun və daxili oraqanları da toyuğa nisbətdə xeyli böyük olur.

Satıcının yaxınları gələrək müştərinin aldadıldığını etiraf ediblər. İlkin Nurullayevin pulunu isə qaytarıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi