Modern.az

Azərbaycanın ən yaşlı sakini qadındır - 108 yaşı var

Azərbaycanın ən yaşlı sakini qadındır - 108 yaşı var

31 Yanvar 2018, 13:40

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adını açıqlayıb.

Modern.az xəbər verir ki, İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova özəl olaraq Trend-ə bildirib ki, Azərbaycanın ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.

 

U.Həşimova deyib: "Uzunömürlülər tədqiq olunarkən hər şeydən ilk öncə onların yaş verifikasiyası aparılır. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən KİV-lərin ən yaşlı insan haqqında onların sənədinə istinadən yaydıqları məlumatın elmi əsası olmur".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi