Modern.az

Sərnişin gedişhaqqını ödəmir, üstəlik sürücünü təhqir edir - VİDEO

Sərnişin gedişhaqqını ödəmir, üstəlik sürücünü təhqir edir - VİDEO

31 Yanvar 2018, 16:23

"BakuBus"a məxsus 90JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunda sərnişinlə sürücü arasında insident yaşanıb.

 

Bu barədə Modern.az-a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat verib.

 

M.Piriyevin sözlərinə görə, hadisə yanvarın 30-da saat 18:48 radələrində Səməd Vurğun bağı dayanacağında baş verib.

“Sərnişin qaydaları pozaraq ödəniş etmədən avtobusa daxil olur və sürücü mikrafonla sərnişinə xəbərdarlıq edir. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə kifayət qədər yaşı olan sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayır və onun üzərinə gəlir. Ətrafadakı sərnişinlər müdaxilə etdikdən sonra sərnişin yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir”.

Qurum rəsmisinin sözlərinə görə, hüquqi qiymətini alması üçün hadisə ilə bağlı videogörüntülər aidiyyatı üzrə təqdim olunacaq:

““BakuBus” olaraq bu cür sərnişinlərimizi bir daha ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etməyə dəvət edirik. Nəzərə almaq lazımdır ki, bu kimi qaydalara zidd hərəkətlər sükan arxasında əyləşən, onlarla sərnişinin həyatı üçün məsuliyyət daşıyan sürücülərin psixoloji vəziyyətinə mənfi təsir etməklə yanaşı, təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilmsinə ciddi maneə yaradır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi