Modern.az

Tələbələr üçün “Qış liderlik məktəbi” təşkil olunacaq

Tələbələr üçün “Qış liderlik məktəbi” təşkil olunacaq

31 Yanvar 2018, 17:20

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə tələbələr üçün ənənəvi “Qış liderlik məktəbi” layihəsi keçiriləcək.

Modern.az xəbər veriri ki, respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1 və 2-ci kurs tələbələri üçün təşkil olunan və sayca 10-cu olan “Yubiley – Liderlik məktəbi” adı altında həyata keçiriləcək layihə Mingəçevir şəhərində baş tutacaq. 5-11 fevral tarixlərində baş tutacaq layihədə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Beləki, online olaraq ittifaqa daxil olan 2000-ə yaxın müraciətdən 450 müsabiqə tələblərini ödəyən müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 80 tələbə düşərgədə iştirak hüququ qazanıb.

Layihədə tələbələrlə dövlət xadimləri, Milli Məclisin deputatları və başqa nümayəndələrin görüşü təşkil olunacaq. Mütəxəssislər tərəfindən iştirakçılara komanda işi, liderlik, media, layihələrin yazılması və başqa mövzular üzrə təlimlər keçiləcək. Bundan əlavə, gənclər social gecələrdə komanda şəklində fəaliyyətlərini nümayiş etdirəcəklər. Düşərgənin sonunda qalib komanda qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca  10-cudur və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz və Şəmkir şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında keçirilib.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi