Modern.az

Şəhriyar Məmmədyarov FİDE reytinqində ikinci pilləyə yüksəlib

Şəhriyar Məmmədyarov FİDE reytinqində ikinci pilləyə yüksəlib

31 Yanvar 2018, 21:19

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb. Modern.az "Report"a istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib.

 

33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb.

 

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi