Modern.az

Panamanı 5,7 ballıq zəlzələ silkələdi

Panamanı 5,7 ballıq zəlzələ silkələdi

Aktual

31 Yanvar 2018, 21:35

Panamanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Pedasi şəhərindən 52 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi