Modern.az

Fransa prezidenti Qarabağa getməyi rədd etdi

Fransa prezidenti Qarabağa getməyi rədd etdi

Aktual

1 Fevral 2018, 12:26

Ötən gün Fransadakı erməni təşkilatlarının illik şam yeməyinə qatılan Emmanuel Makron Dağlıq Qarabağa səfər etmək təklifini geri çevirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə yerli erməni icmasının liderlərindən olan Murad Papazyan deyib.

 

“Mən onu situasiyanı öz gözləri ilə görməsi üçün Qarabağa dəvət etdim. Amma Makron cavabında “sizinlə Qarabağa gedə bilmərəm. Bu münaqişəsinin həllində Fransanın sülh yanaşmasına zərbə vuracaq. Amma münaqişə həll olunandan sonra sizinlə bu regiona məmnuniyyətlə səfər edərəm”-deyə cavab verib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi