“Ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar. Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər”.
Modern.az-ın məlumatına görə, bunu parlamentin iclasında deputat Rövşən Rzayev bildirib.
O təklif edib ki, Milli Məclis adından ATƏT-in Minsk Qrupuna üzv dövlətlərinə müraciət olunsun.
“Bildiyiniz kimi ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən ək çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocavəndin Qaradağlı faciəsini və Xocalı soyqrımını yaşamışıq”.
Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına “İşğal siyasəti haqqında” qanun layihəsinin hazırlanması da daxil edilsin.