Qazaxıstan parlamentinin spikeri Bakıya gəlib.
Modern.az-ın məlumatına görə, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Parlamenti Məclisinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev qarşılayıblar.