Modern.az

Bakıda yanğın - 2 nəfər zəhərləndi, 10 nəfər təxliyə edildi - YENİLƏNİB  

Bakıda yanğın - 2 nəfər zəhərləndi, 10 nəfər təxliyə edildi - YENİLƏNİB   

2 Fevral 2018, 12:56

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nərimanov rayonunda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

 

FHN-dən Modern.az-a Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

***

Bakıda yaşayış binasında yanğın baş verib.

 

Modern.az hadisə yerindən xəbər verir ki, Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin briqadaları çalışır.

İlkin ehtimallara görə,  Koroğlu Rəhimov küçəsi 47 ünvanında yerlən çoxmərtəbəli binadakı yanğın  elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib. Yanğın nəticəsində 2 nəfərə təcili tibbi yardım göstərilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?