Modern.az

Boris Yeltsinin evi yandı

Boris Yeltsinin evi yandı

2 Fevral 2018, 13:10

Rusiyanın Sverdlovsk vilayətində ölkənin keçmiş prezidenti Boris Yeltsinin doğulduğu ev yanıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Basmanovskoye kəndində baş verib.

İlkin ehtimallara əsasən, yanğına evdə baxımsız qalan soba səbəb olub.

 

Qeyd olunur ki, həmin evə qonşu nəzarət edirmiş, lakin qonşu bu günlərdə səfərdə olduğu üçün ev baxımsız qalıb.

Bildirilir ki, yanğın zamanı evdəki qaz balonu da partlayıb. Nəticədə ev tamamilə məhv olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi