Modern.az

Kooperasiya Universitetində gənclər mükafatlandırıldı

Kooperasiya Universitetində gənclər mükafatlandırıldı

2 Fevral 2018, 13:44

Azərbaycan Kooperasiya Universitetində “2 fevral Azərbaycan Gəncləri Günü” qeyd olundu. Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbridə Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, universitetin Mətbuat xidmətinin rəhbəri, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, fakültə dekanları və fəal tələbə gənclər iştirak etdi.

Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru Fikrıt Quliyev gəncləri təbrik edərək bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər gənc nəsilə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdi. 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdı. Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti öz işinə başlamışdır. Dövlət gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün yaradılmış və uğurla həyata keçirilmişdir.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov çıxış edərək bildirdi ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı ilə sıx əlaqədar olub. O, deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə geniş miqyaslı tədbirlər həyata keçirilir və bir sıra problemlər öz müsbət həllini tapıb. Hazırda Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Məhz Prezident  İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur.

Sonra universitetin Mətbuat xidmətinin rəhbəri, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digər fəal gənclər çıxış edərək bildiriblər ki, gənclər dövlətimizin bu yüksək dəstəyini daim öz üzərimizdə hiss edir.
“Bizim əsas məqsədimiz bütün Azərbaycan gəncliyi olaraq bu siyasəti dəstəkləmək, cənab Prezidentin ətrafında sıx birləşərək dövlətimizin çiçəklənməsi üçün bundan sonra da var gücümüzlə çalışmaqdır”.
Sonda bir qrup tələbəyə universitetin rektoru, millət vəkili, professor Eldar Quliyevin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzovun imzası ilə fəxri fərmanlar təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi