Modern.az

Əhliman Əmiraslanov türk iş adamları ilə əməkdaşlığı müzakirə etdi - FOTO

Əhliman Əmiraslanov türk iş adamları ilə əməkdaşlığı müzakirə etdi - FOTO

2 Fevral 2018, 14:33

Bu gün  Azərbaycan – Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov Türkiyənin Müstakil Sanayici ve İşadamları Derneği (MÜSİAD) Azərbaycan İdarə Heyətinin sədri və üzvlərini qəbul edib.

Görüşün əvvəlində Əhliman Əmiraslanov qonaqları salamlayaraq, Azərbaycan  və Türkiyə hökumətləri, eyni zamanda, Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti barədə və ümumiyyətlə, xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətləri, sıx və səmərəli əməkdaşlıq haqqında məlumat verib.

Daha Sonra MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Abdurrahman Uzun qəbulun təşkili üçün təşəkkür edərək, MÜSİAD-ın 2008-ci ildən Azərbaycanda var olmasına baxmayaraq, rəsmi olaraq 8 aydır ki, fəaliyyət göstərdiyini qeyd edib. Qurumun başlıca məqsədlərinin iki qardaş ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, iş adamlarının, sahibkarların əməkdaşlığının daha da möhkəmlənməsi və yeni mərhələyə keçməsindən ibarət olduğunu vurğulayıb. Bununla belə, Abdurrahman Uzun MÜSİAD öz fəaliyyətində yalnız iqtisadi-ticari layihələri deyil, həm də cəmiyyətin mədəni-sosial baxımdan inkişaf etməsi, rifah halının yüksəlməsi üçün nəzərdə tutulmuş xeyriyyəçilik və humanizm layihələrini də geniş əhatə etdiyini deyib.

Sonda hər iki tərəf bundan sonra əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəklərini və bu əməkdaşlığın daha böyük layihələrlə davam edəcəyinə əminliyini bildirib. İclasda millət vəkili Məlahət İbrahimqızı da iştirak edib.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi