Fevralın 2-də Dövlət Statistika Komitəsində kollegiya iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda 2017-ci ildə statistika sistemində aparılmış islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin və Strateji Yol Xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirləri və yerli statistika orqanlarının rəhbərləri çıxış ediblər.
Sonda iclasa yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və Dövlət Statistika Komitəsi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.