Şirvanda 45 yaşlı qadın dəm qazından boğulub. Modern.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini 1973-cü il təvəllüdlü İmanova Təranə Nuru qızı hamam otağında olarkən dəm qazından boğularaq ölüb.
Onun meyiti həyat yoldaşı tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır.