Modern.az

İt 5 yaşlı uşağa çoxsaylı xəsarət yetirib

İt 5 yaşlı uşağa çoxsaylı xəsarət yetirib

3 Fevral 2018, 00:32

Mingəçevir şəhərində it 5 yaşlı uşağa çoxsaylı xəsarətlər yetirib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin "Şəfa" yaşayış massivində baş verib.

 

Belə ki, 2013-cü il təvəllüdlü Əliyev Rəvan Tofiq oğlu küçədə oynayarkən itin hücumuna məruz qalıb. Quduzlaşmış heyvan onun baş və qol nahiyələrinə xəsarətlər yetirib.

 

Ağır xəsarətlər alan azyaşlı təcili xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi