Hesablama Palatası Milli Məclisə hesabat verəcək. Modern.az-ın məlumatına görə, parlamentin fevralın13-də keçiriləcək iclasında Hesablama Palatasının hesabatı dinləniləcək. Hesabatı palatanın sədri Vüqar Gülməmmədov edəcək.
Bundan əlavə Milli Məclisin yaz sessiyası ərzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) də parlamentə hesabat verəcək.