Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad mükafatına layiq görülüb.
Modern.az xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “2 Fevral – Gənclər Günü” münasibətilə keçirilən tədbirdə deyib ki, Fond qazandığı mükafatı (25.000$) Cocuq Mərcanlıda uşaqlar üçün oyun meydançasının salınmasına ayıracaq.